SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAqşin Xoşqədəmin verilişinə ZƏNG ETDİ: "Nənəm yaşındadır, neynirəm onu?" - VİDEO
20 Dekabr 2023 08:24 | Baxış sayı: 576
Yaşlı bir qadın "Səni axtarıram" ictimai-sosial verilişinin efirinə çıxaraq, meyxanaçı Aqşin Fatehi sevdiyini söyləyib.
AJMEDİA.İNFO bizim.media-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Aqşin sözügedən proqramın canlı efirinə zəng vuraraq bildirib ki, həmin qadın onun restoranına gələrək sevgisini ona etiraf edib:
"Ailəliyəm, 4 övladım var. Şok vəziyyətindəyəm. Düşündüm ki, sizin verilişinizə zəng vurub nə söyləyəcəyəm? Nənəm yaşında qadın çıxıb efirdə deyir ki, məni sevir, məni istəyir.
Qadının fikiri nədir axı? Mən anlaya bilmirəm. O qadının yaxını, qohumu, bir kişi xeylağı varsa yanında götürsün onu gətirsin yanıma, dinləyim görüm bu xanım məndən nə istəyir? Onun dərdi nədir? O qadın restoranıma gəlib. Camaatın içində qadın qaçıb üstümə öpür məni üzümdən. Mən də yerimdə durub anlaya bilmirəm ki, nə baş verir?
Deyirəm ki, ay ana, gəlin, oturun restoranımda çörək yeyin, sizə qulluq edək, sözünüz varsa, deyin mənə... Amma o qadın heç bir şey danışmadı", - Aqşin vurğulayıb.
A.Fatehin bu sözlərinə cavab olaraq, studiyada biçarə vəziyyətdə əyləşən həmin yaşlı qadın "Məni Aqşinlə görüşdürün. Bu, Allahın yazısıdır. Mən Aqşini sevirəm" sözlərini dilə gətirib.