SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAptekdən uşaq yeməyi oğurlayan şəxslə bağlı DİN-dən açıqlama
08 İyun 2023 13:09 | Baxış sayı: 562
Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb:
"Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib. Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.
Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib".
Qeyd edək ki, daha əvvəl mətbuatda İlkin Məmişovun 100 manat dəyərində olan uşaq yeməyini övladı üçün oğurlaması barədə məlumat yayılmışdı.yeniavaz.com