SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAP Ermənistana Aİ-yə namizəd statusunun verilməsini nəzərdə tutan qətnamə qəbul etdi
14 Mart 2024 05:15 | Baxış sayı: 540
Avropa Parlamenti Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif edən qətnaməni təsdiqləyib.
Xarici KİV-i xəbər verir ki, 504 nəfər lehinə, 4 nəfər əleyhinə, 32 nəfər bitərəf qalıb.
Bildirilir ki, qətnamənin müəllifi Avropa Xalq Partiyasının fraksiyasıdır.
Sənəddə qeyd olunur ki, əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar yolunu davam etdirsə, demokratiyasını gücləndirsə, o zaman bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.//Yeniavaz.com