SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAP-dən ölkəmizə qarşı növbəti təxribat
10 Mart 2024 10:56 | Baxış sayı: 709
Martın 19-da Avropa Parlamentində “Azərbaycanda erməni hərbi əsirləri. Avropa Parlamentinin müvafiq qətnaməsinin qəbulundan 3 il sonra yaranmış vəziyyət” adlı konfrans keçiriləcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumatda konfransın Bolqarıstanın Avropa Xalq Partiyasının fraksiyasından olan deputatı Andrey Kovaçov tərəfindən təşkil edildiyi bildirilib.
Qeyd edək ki, bu, AP-nin ölkəmizə qarşı ilk qərəzi deyil. Regiona hərbi və siyasi baxımdan nüfuz etməyə çalışan, Cənubi Qafqazı da Rusiya ilə münaqişə meydanına çevirmək istəyən Fransa bu təşəbbüslərinə imkan verməyən Azərbaycana qarşı bütün platformalarda antitəbliğat aparır. Avropa qurumlarını özünün şəxsi maraqlarının icrası alətinə çevirən Paris artıq bir neçə aydır ki, rəsmi Bakıya qarşı qərəz və böhtan dolu “qətnamələr” qəbul etdirir, Ermənistanı sürətlə silahlandırır, bu prosesə isə təsir dairəsində olan dövlətləri də cəlb edib.