20 Aprel 2025
Ankarada İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı iclas keçiriləcək

Ankarada İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı iclas keçiriləcək

Ankarada İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı iclas keçiriləcək

13 İyun 2023 02:06 | Baxış sayı: 594

İyunun 14-də Ankaradakı prezident kompleksində Stokholmun NATO-ya üzv olmaq şərtlərinin yerinə yetirilməsi istiqamətində irəliləyişi müzakirə etmək üçün iclas keçiriləcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi öz "Twitter" səhifəsində bildirib.

Açıqlamada qeyd olunub ki, Daimi Müştərək Mexanizmin dördüncü iclası Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç tərəfindən təşkil olunacaq.

İclasda NATO baş katibinin ofisinin rəhbəri Stian Yenssen, İsveç xarici işlər nazirinin müavini Yan Knutsson və Finlandiya xarici işlər nazirinin daimi müavini Jukka Salovaara iştirak edəcəklər.