SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAnar Eyvazova yeni VƏZİFƏ VERİLDİ
17 Sentyabr 2024 16:22 | Baxış sayı: 316
Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.
AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Məlumatı nazirlikdən sorğumuza cavab olaraq təsdiq ediblər. Bildirilib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.
Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi, nazirliyin Mətbuat xidmətinin rəisi idi.