SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAna azyaşlı övladı ilə birgə intihara cəhd etdi - VİDEO
26 Avqust 2023 05:51 | Baxış sayı: 767
Ana azyaşlı övladı ilə birgə intihara cəhd edib.
AJMEDİA.İNFO Oxu.Az-a istinadən xəbər verir ki, hadisə 25 avqust Zərdab rayonunda baş verib.
Belə ki, qadın azyaşlı övladı ilə birgə özünü körpüdən Kür çayına ataraq intihara cəhd edib.
Hadisəni görən Zərdab rayon mühafizə polisinin kiçik çavuşu İlqar Zahir oğlu Əhmədzadə özünü çaya ataraq hər ikisini ölümdən xilas edib.
Faktla bağlı araşdırma aparılır.