SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAltı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
11 Aprel 2025 11:41 | Baxış sayı: 321
Geniş beynəlxalq koalisiyaya daxil olan təxminən altı ölkə Ukraynaya hərbi yardım göstərməyi nəzərdən keçirərək, öz qoşunlarını onun ərazisinə göndərməyə hazır olduqlarını bildiriblər.
AJMEDİA.İNFO bu barədə “AFP”yə istinadən xəbər verir.
Qeyd olunub ki, bu ölkələrə Böyük Britaniya, Fransa və bir sıra Baltikyanı ölkələr daxildir. Bu koalisiyaya daxil olan ölkələrin ümumi sayı 30-a yaxın dövlətdir.
Agentlik vurğulayıb ki, ABŞ-nin Rusiya ilə bağlı planları və münaqişənin həllinin mümkün yolları barədə aydın anlayışının olmaması Avropa ölkələrinin üzləşdiyi ciddi problemdir.