İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlAlmaniya Ukraynaya 381 milyon avroluq yeni humanitar yardım paketini elan edib
21 İyun 2023 10:02 | Baxış sayı: 488
Almaniya Ukraynaya 381 milyon avroluq yeni humanitar yardım paketini elan edib.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Londonda Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni humanitar yardım paketinin həcmi 381 milyon avro dəyərindədir: “Bu yardım generatorlar, çadırlar və digər avadanlıqlara sərf olunacaq”.
Nazir bildirib ki, Almaniya minatəmizləmə işində Ukraynaya yardımı davam etdirəcək.
A.Berbok xatırladıb ki, Almaniya artıq Ukraynaya 16,8 milyard avro dəstək verib.