20 Aprel 2025
Almaniya Rusiyanın dörd konsulluğunu bağlamaq niyyətindədir

Almaniya Rusiyanın dörd konsulluğunu bağlamaq niyyətindədir

Almaniya Rusiyanın dörd konsulluğunu bağlamaq niyyətindədir

31 May 2023 14:50 | Baxış sayı: 494

Almaniya hökuməti bu ölkədə fəaliyyət göstərən beş Rusiya konsulluğundan dördünü bağlamaq niyyətindədir.

Rəsmi Berlin artıq Rusiyanın Almaniyadakı Baş Konsulluğunun ilin sonunadək bağlanmasının zəruriliyi barədə Moskvanı məlumatlandırıb.

Qərara əsasən, Almaniyanın Kalininqrad, Novosibirsk və Yekaterinburqdakı konsulluqları da bağlanacaq.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Rusiyanın Berlindəki bir konsulluğuna və səfirliyinə işləməyə icazə verildiyini açıqlayıb. O, bu qərarın rəsmi Moskvanın Rusiyada fəaliyyət göstərən Almaniya müəssisələrinin əməkdaşlarının sayının 350 nəfərə qədər endirilməsi qərarına cavab olaraq qəbul edildiyini bildirib.