İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlAlmaniya ixtisaslı işçilərin ölkəyə girişini asanlaşdırır
23 İyun 2023 18:10 | Baxış sayı: 480
Almaniya Bundestaqı Avropa Birliyi xaricindən olan ixtisaslı işçilərin ölkəyə girişini asanlaşdıracaq yeni qanun layihəsinin lehinə səs verib.
Əsasən hakim koalisiyadan - Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyasından olan 388 deputat qanun layihəsinin “lehinə” səs verib. Layihənin əleyhinə 234 deputat səs verib, 31 deputat bitərəf qalıb.
Xüsusilə, yeni qanun ixtisaslı mütəxəssislərə hələ işəgötürənlə müqaviləsi olmasa belə, işə daxil olmaq hüququ verir. Bu halda onlar alman dilini, diplomunu və iş təcrübəsini təsdiqləməlidirlər. İş vizası üçün müraciət edənin qohumlarının artıq Almaniyada yaşaması ölkəyə daxil olma şansını artıracaq. Əcnəbilərə iş axtarmaq üçün bir il vaxt veriləcək.
Almaniyanın daxili işlər naziri Nensi Fezer sənədi miqrasiya sahəsində ən müasir qanun layihəsi adlandırıb.