SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAlman alimlərdən qorxunc PROQNOZ - Bu ərazidə 7,4 bal gücündə ZƏLZƏLƏ OLACAQ
17 Avqust 2023 07:58 | Baxış sayı: 638
Alman Yer Elmləri Araşdırma Mərkəzinin (GFZ) mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində Mərmərə dənizində 7,4 bal gücündə zəlzələnin baş verə biləcəyini açıqlayıb.
AJMEDİA.İNFO BAKU.WS-ə istinadən xəbər verir ki, seysmologiya mütəxəssisləri Dirk Becker və Marco Bohnhoff Mərmərə zəlzələsi ilə bağlı mühüm tapıntılara nail olublar.
İstanbuldakı zəlzələlərin tarixinin bu bölgədə hər 250 ildən bir şiddətli zəlzələnin baş verdiyini ortaya çıxardığını qeyd edən mütəxəssislər sonuncu dəfə 1766-cı ildə 7,4 bal gücündə zəlzələnin olduğunu bildiriblər.
Tədqiqatda, Avrasiya və Anadolu tektonik plitələri arasında sərhədə ev sahibliyi edən Şimali Anadolu Fay Xəttindəki Ana Mərmərə Fayının uzun müddətdir "aktivləşmədiyi" və buna görə də 7 bal gücündə "vaxtı keçmiş" bir zəlzələ olduğu müəyyən edilib.
Mütəxəssislər zəlzələnin İstanbulun cənubundakı Şimali Anadolu Fay Xəttinin Adalar fay seqmentində baş verəcəyi ilə bağlı proqnozlarını da ifadə ediblər. Mərmərə dənizinin qərbindəki kilidlənmiş Qanos qırağında da enerji yığıldığını bildirən tədqiqatçılar zəlzələnin 7,4 bal gücündə ola biləcəyi barədə xəbərdarlıq ediblər.