SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAllahşükür Paşazadə Mənsimovun atasının yasına qatıldı - FOTO
22 İyun 2023 12:41 | Baxış sayı: 729
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova ağır itki üz verib.
M.Mənsimovun atası Qurban Məcid oğlu Mənsimov vəfat edib. Mərhumun cənazəsi ötən gün dəfn üçün Bakıya göndərilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu gün Bakıda Heydər məscidində Qurban Mənsimovun üç mərasimi təşkil olunub.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri və qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak edib.