SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAlla Puqaçovanı İsraildə BOYKOT ETDİLƏR
17 Dekabr 2024 17:19 | Baxış sayı: 725
"İsraildə yaşayan Rublyovka oliqarxları Rusiya estradasının keçmiş primadonnası Alla Puqaçovaya qarşı boykot elan ediblər".
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə rusiyalı iş qadını, aktrisa və müğənni Alyona Kraves "Aif.ru" nəşrinə müsahibəsində danışıb.
Puqaçovanın keçmiş rəfiqəsinin sözlərinə görə, əvvəl sənətçini tez-tez korporativ tədbirlərə dəvət edirdilər. Lakin onun siyasi mövqeyinə və xarici agent elan edilmiş əri Maksim Qalkinə görə münasibət dəyişib.
"Puqaçova artıq trenddə deyil. Həm də heç kim xarici agentin arvadı ilə əlaqədə olmaq istəmir, çünki bu, reputasiya itkisidir. Rusiyanı təhqir edənləri İsraildə ciddi şəkildə boykot edirlər", - deyə o vurğulayıb.