Məhkəmə üç tiktokerlə bağlı QƏRAR VERDİ
dünən 18:00Ali Məhkəmə Ata Abdullayevlə bağlı QƏRAR VERDİ
02 Fevral 2023 11:27 | Baxış sayı: 620
Bloqer Ata Abdullayev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
AJMEDİA.İNFO xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb.
Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.(apa)