SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAlbaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi əsl dost münasibətidir - Fatma Yıldırım
10 İyul 2023 08:16 | Baxış sayı: 632
“Albaniya Prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfəri iki ölkə arasında yaxın dostluq münasibətlərinin göstəricisidir. Son illər ölkələrimizin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi mənunluq doğurur”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan və Albaniya dost və tərəfdaş ölkələrdir, ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir. İki ölkənin münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən bəhs edən Fatma Yıldırım Azərbaycanla Albaniya arasında müxtəlif sahələr üzrə əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniya Prezidenti Bayram Beqayın görüşündə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Dövlət başçıları beynəlxalq təşkilatlar çərçivəsində də birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Albaniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də əsl dost münasibətidir.
Fatma Yıldırım iki ölkə arasında enerji sahəsində əməkdaşlığın önənimi də xüsusi vurğulayıb. O qeyd edib ki, Trans-Adriatik boru kəməri kimi layihələrin həyata keçirilməsi, Azərbaycan qazının Avropaya ixracında Albaniyanın transit ölkə kimi rolu artmaqdadır. Məlumdur ki, bu gün Avropa dövlətləri təbii qazla bağlı yeni imkanlar axtarışındadır. Burada isə ən önəmli ölkələrdən biri Azərbaycandır. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı enerji sahəsində güclü tərəfdaş hesab edir. Eləcə də, Cənub Qaz Dəhlizinin Avropa ölkələri və region üçün əhəmiyyətini qeyd edilib, Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirilib. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Bir sözlə, bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və Avropaya Azərbaycan qazının tədarükünün artırılmasına çalışır.
“Məlumdur ki, Cənub Qaz Dəhlizinin hissəsi olan TAP boru kəməri Albaniyanın ərazisindən keçir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Beləliklə, Azərbaycan və Albaniyanın uğurlu əməkdaşlığı ölkələrimiz arasında münasibətlərin daha da güclənməsini özündə ehtiva edir”,-deyə millət vəkili vurğulayıb.