SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAktyor arvadına xəyanət edərkən şəkilləri çəkildi: Jurnalistlərə rüşvət təklif etdi - FOTOLAR
16 Mart 2023 11:26 | Baxış sayı: 755
2018-ci ildə həyat yoldaşı Esin Taşdan boşanan türkiyəli aktyor Ayhan Taş bir müddət sonra yenidən nikah masasına əyləşib.
AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, lakin aktyor Ayhan Taş ötən həftələrdə sevgilisi ilə Cihangirdə bir məkanda saatlarla söhbət edərkən görüntülənib.
1,5 həftə sonra eyni ünvanda oturarkən bu dəfə başqa bir gözəllə obyektivlərə tuş gəlib. Məkanda rahat davranışları ilə diqqət çəkən ikili masanın altında əl-ələ görüntülənib. Sevgilisi ilə masanın altında əl-ələ tutaraq fotoları çəkilən aktyor Ayhan Taş şəkilləri çəkən müxbirə rüşvət təklif edib."Gəl bu işi aramızda həll edək. Fotonu silsən pulunu verəcəm" təklifini edən Ayhan Taşın istəyi qəbul olunmayınca çox əsəbiləşib.
Qeyd edək ki, Ayhan Taş keçmiş həyat yoldaşı Esin Taşdan ötən il ayrılıb, bir il sonra yenidən ailə həyatı qurub.