SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAksiya iştrakçıları İstanbul meriyasının binasına daxil olub
23 Mart 2025 08:41 | Baxış sayı: 562
İstanbulun Saraçhane rayonunda nümayiş təşkil edən bir qrup şəxs polisə hücum edib. Ankarada isə üzləri maskalı şəxslərin balta və dəyənəklərlə hücumu zamanı bir polis yaralanıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilir ki, bəzi şəxslər polis dəstələrinə fişəng və daşla hücum ediblər. Bir qrup təxribatçı isə İstanbul meriyasının binasına daxil olub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında məlumat verib ki, ötən gecə Türkiyənin müxtəlif şəhərlərində icazəsiz keçirilmiş aksiyalar zamanı 323 şübhəli saxlanılıb. (Oxu.Az)