İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlAİ Rusiyadakı hadisələrlə əlaqədar böhranlara reaksiya mərkəzini aktivləşdirir
24 İyun 2023 14:06 | Baxış sayı: 569
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel G7 xarici işlər nazirləri ilə Rusiyadakı vəziyyəti müzakirə etdiyini bildirib.
Bu barədə o, tviter səhifəsində məlumat verib.
J.Borrel Aİ-nin Rusiyadakı hadisələrlə əlaqədar böhranlara reaksiya mərkəzini aktivləşdirdiyini açıqlayıb:
“Mən Rusiyadakı vəziyyəti müzakirə etmək üçün G7 xarici işlər nazirlərinə zəng etdim. Aİ Xarici Əlaqələr Şurasının bazar ertəsi planlaşdırılan iclasından əvvəl Aİ daxilində fəaliyyətləri əlaqələndirirəm və böhranlara reaksiya mərkəzinin işini aktivləşdirmişəm. Ukraynaya dəstəyimiz sarsılmaz olaraq qalır”.