20 Aprel 2025
Aİ-nin müşahidə missiyası Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Sərhəddə nə baş verir

Aİ-nin müşahidə missiyası Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Sərhəddə nə baş verir

Aİ-nin müşahidə missiyası Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ - Sərhəddə nə baş verir

09 Oktyabr 2024 08:56 | Baxış sayı: 443

Analitiklərə görə, Qərb və Ermənistan “müşahidə əməliyyatı” ilə şərti sərhədə NATO missiyasını yerləşdirmək üçün eskalasiya hazırlığı görür; Tehranın daha bir “qırmızı xətti” keçilib, amma susur...

Ermənistan və Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat hazırlayır. Belə ki, dövlət sərhədimizin yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçiləri cihazları ilə ərazilərimizi müşahidə ediblər.

Bu, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının əslində kəşfiyyatla məşğul olması ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun ötən həftə dediklərini bir daha təsdiqləyir. Yada salaq ki, Aİ Xarici Siyasət Xidmətinin nümayəndəsi Peter Stano “bu, Ermənistan qarşısındakı öhdəliklərin və verilən vədlərin dəfələrlə yerinə yetirilməməsini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas olan tamamilə cəfəngiyyat, yalan və manipulyasiyadır” bildirmişdi. Anna indi görünür ki, Qərb sərhədlərimizə yaxın ərazilərdə hansı provokasiyalara əl atır. Axı bizim əraziləri xüsusi cihazlarla niyə müşahidə etməlidirlər? Nə axtarırlar, nəyə baxırlar?//Musavat.com