08 Fevral 2025
Aİ Ermənistan-Azərbaycan sərhədində müşahidəçi missiyasının müddətinin uzadılması təklif olunub

Aİ Ermənistan-Azərbaycan sərhədində müşahidəçi missiyasının müddətinin uzadılması təklif olunub

Aİ Ermənistan-Azərbaycan sərhədində müşahidəçi missiyasının müddətinin uzadılması təklif olunub

10 Yanvar 2025 21:41 | Baxış sayı: 509

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ-nin Ermənistanda mülki missiyasının yerləşdirilməsinin daha iki il müddətinə uzadılmasını təklif edib.

“Üzv dövlətlər bu təklifi dəstəkləyiblər və hazırda Aİ Şurasının müvafiq qurumları ilə lazımi hüquqi aktları müzakirə edirlər. Şuranın müddətin uzadılması ilə bağlı qərarının yaxın günlərdə verilməsi gözlənilir”, - deyə cavabda qeyd olunub.

Aİ həmçinin Bakının missiyanın Azərbaycana qarşı casusluqla məşğul olması ilə bağlı ittihamlarını rədd edib.

Aİ missiyasının mandatına Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqi və hesabatların təqdim edilməsi, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün Aİ-nin səylərinə köməklik daxildir. Müşahidəçilər missiyası yerləşdirildikdən sonra sərhədyanı ərazilərdə silahlı insidentlərin sayı xeyli azalıb. Bundan əlavə, Aİ missiyanın fəaliyyəti barədə mütəmadi olaraq Azərbaycanı məlumatlandırır”, - deyə cavabda qeyd olunub.

2023-cü ilin fevralında Ermənistana ilk 100 mülki müşahidəçi gəlib və bir neçə ay sonra onların sayı iki dəfə artırılıb.