İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəlAğır qəzaya düşmüş tanınmış teleaparıcı Aytən Səfərova EVƏ BURAXILDI
29 Aprel 2024 08:08 | Baxış sayı: 478
Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb.
AJMEDİA.İNFO Oxu.Az-a istinadən xəbər verir ki, aparıcı ötən həftə xəstəxanadan çıxıb.
Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.
Hadisə nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır.