20 Aprel 2025
Agentlikdən gəmilərə XƏBƏRDARLIQ: Dalğanın hündürlüyü...

Agentlikdən gəmilərə XƏBƏRDARLIQ: Dalğanın hündürlüyü...

Agentlikdən gəmilərə XƏBƏRDARLIQ: Dalğanın hündürlüyü...

14 Aprel 2025 14:51 | Baxış sayı: 266

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyinin aprelin 17-si gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 2.0-3.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.