20 Aprel 2025
Ağdaşda FACİƏ: 48 yaşlı kişi...

Ağdaşda FACİƏ: 48 yaşlı kişi...

Ağdaşda FACİƏ: 48 yaşlı kişi...

05 Yanvar 2024 14:11 | Baxış sayı: 843

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AJMEDİA.İNFO-ya bildirilib ki, hadisə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verib. Əkbər Süleymanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb.

Nəticədə “Mercedes”də sərnişin qismində olan Bakı şəhər sakini, 48 yaşlı Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.


Faktla bağlı araşdırma aparılır.