İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlAğdamda mina partladı, xəsarət alan var
22 Yanvar 2024 05:10 | Baxış sayı: 647
Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Faiq Səyyad oğlu Abışov ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.