20 Aprel 2025
Ağcabədidə avtomobil ağaca çırpıldı - YARALI VAR

Ağcabədidə avtomobil ağaca çırpıldı - YARALI VAR

Ağcabədidə avtomobil ağaca çırpıldı - YARALI VAR

29 Yanvar 2025 16:22 | Baxış sayı: 361

Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib.


AJMEDİA.İNFO Trend-ə istinadən xəbər verir ki, hadisə Ağcabədi Hindarx yolunda qeydə alınıb.


Belə ki, Beyləqan rayon sakini 1983-cü il təvəllüdlü Elyasov Bəhruz Elman oğlu idarə etdiyi "Mercedes"markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.


Nəticədə avtomobildə olan sərnişin sürücünün anası 1958-ci il Elyasova Qənirə Şükir qızı müxtəlif dərəcəli xəsarət alıb.


Hadisə yerinə çağrılan Ağcabədi təcili yardım bölməsinin əməkdaşları 67 yaşlı Q.Elyasovanı sağ qolun sınığı, kəllə-beyin travması ilə rayon xəstəxanasına çatdırıb.


Faktla bağlı araşdırma aparılır.