İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəl“AFFA-dakı neqativ halların üstünü açdığı üçün indi onu yaxına buraxmırlar” - VİDEO
24 Dekabr 2023 17:07 | Baxış sayı: 651
“AFFA bu adamla prinsip aparır”.
Futbol eksperti Emin Abbasov belə bir iddia səsləndirib.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində hakim-inspektor federasiya rəhbərliyinin Şahin Cəfərova qarşı haqsızlıq etdiyini bildirib.
Tanınmış teleşərhçi deyib ki, Cəfərov AFFA-da baş verən neqativ halların üstünü açdığı üçün belə bir münasibətlə üzləşib.
Sərxan Hacıyevin adını çəkən ekspert söyləyib ki, qurumun baş katibi məsələyə münasibətini bəyan etməli, problemin nədən qaynaqlandığını açıqlamalıdır.
Sportinfo.az