AFFA bu klubu cərimələdi - 800 manat...
07 Mart 2025 12:46 | Baxış sayı: 583
AFFA "Turan Tovuz" klubunu cərimələyib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Buna Misli Premyer Liqasının XXV turunda "Zirə" ilə görüşdə Tovuz təmsilçisinin azarkeşləri tərəfindən kənar əşya atılması səbəb olub. Klub azarkeşlərin hərəkətinə görə 800 manat ziyana düşüb.