SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAFFA bu klubları CƏRİMƏLƏDİ - SƏBƏB
21 Avqust 2024 10:01 | Baxış sayı: 373
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AJMEDİA.İNFO milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın yeni mövsümünün III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Turan Tovuz”la oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” 700 manat cərimə edilib.
“Sumqayıt” – “Səbail” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması “kimyaçılar”ı 800 manat xərcə salıb. Bundan başqa, PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə sumqayıtlılar 500 manat ödəyəcək.