20 Aprel 2025
AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİ

24 Sentyabr 2024 16:35 | Baxış sayı: 341

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.


AJMEDİA.İNFO xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının VII turunda baş verənlər müzakirə olunub.


“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda 5 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. Bu görüşdə meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” 800 manat cərimələnib.


“Səbail” – “Sabah” matçında 7 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cəriməyə məruz qalıb. Ev sahiblərinin azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail”ə xəbərdarlıq edilib. 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat ziyana düşüb.


“Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat ödəməli olacaq.