20 Aprel 2025
AFFA 4 klubu cərimələdi - SƏBƏB

AFFA 4 klubu cərimələdi - SƏBƏB

AFFA 4 klubu cərimələdi - SƏBƏB

28 Fevral 2025 14:33 | Baxış sayı: 759

AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.


“Neftçi” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.


"Araz-Naxçıvan" da eyni məbləğdə cərimələnib. Buna fevralın 22-də baş tutan "Səbail"lə matçda 5 futbolçunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub.


"Şamaxı" - "Turan Tovuz" matçında Şamaxı klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimə olunub.


"Qarabağ" isə "Sabah"la matçda Əsasnamənin tələbləri pozulduğuna görə 500 manat ziyana düşüb.