SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAEBA Ukraynaya Kaxovka SES faciəsinə görə yardım planı təqdim edib
13 İyun 2023 22:02 | Baxış sayı: 508
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kaxovka Su Elektrik Stansiyasında bəndin dağıdılmasının nəticələrinin aradan qaldırılması üçün Ukraynaya yardım proqramını təqdim edib.
Bu barədə Qrossi tviterdə bildirib.
Qeyd edək ki, Qrossi hazırda Kiyevdə səfərdədir, daha sonra Zaporojye AES-ə baş çəkmək niyyətindədir.
Xatırladaq ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb, 100-ə qədər yaşayış məntəqəsi daşqınlara məruz qalıb.
Bu stansiya Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Kaxovka SES 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiya tərəfindən işğal olunub.