20 Aprel 2025
Administrasiyas Senatda İranla bağlı brifinq keçirəcək

Administrasiyas Senatda İranla bağlı brifinq keçirəcək

Administrasiyas Senatda İranla bağlı brifinq keçirəcək

16 May 2023 00:04 | Baxış sayı: 526

ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri çərşənbə axşamı senatorlar üçün İranla bağlı brifinq keçirəcəklər.

Bu barədə Konqresin əməkdaşlarına istinadən "Politico" məlumat yayıb.

Onların sözlərinə görə, brifinq mayın 16-da saat 16:00-da (Bakı vaxtə ilə 17 may 00:00) Kapitoli təpəsində baş tutacaq.

Məlumata əsasən, Senatda dövlət katibinin birinci müavini Vendi Şerman, müdafiə nazirinin müavini Kolin Kal, Milli Kəşfiyyatın direktor müavini Morqan Myuir, terrorizm və maliyyə məşfiyyatı üzrə maliyyə nazirinin müavini Brayan Nelson və ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargahının Strategiya, Siyasət və Planlar şöbəsinin rəhbəri vitse-admiral Stiven keler çıxış edəcəklər.

Brifinqdə İran üzrə xüsusi elçi Robert Mallinin əvəzinə onun müavini Abram Paley iştirak edəcək.

Vendi Şerman senatorlara İranın nüvə proqramı üzrə danışıqların gedişi barədə məlumat verəcək.

Brifinq zamanı qaldırıla biləcək digər mövzular İranın ABŞ və onun regional tərəfdaşları, yəni İsrail üçün ümumi təhdidləri, həmçinin Tehranın terrora dəstəyidir.