Adəm atasına “cöngə” dedi – Tiktokerlərin Şuşadakı görüntüləri etiraz doğurdu + VİDEO
24 May 2024 09:58 | Baxış sayı: 586
Tiktoker Adəmin atası kimi tanınan Sadiq Mirzəyev 30 sutkalıq həbs cəzasından sonra özünü yenidən hədəfə gətirib.
AJMEDİA.İNFO Savash.org-a istinadən xəbər verir ki, məşhur ata-bala Şuşada “qarınyığan mayka”ları reklam edərkən, oğulun atasına “cöngə” deməsi sosial media istifadəçiləri tərəfindən tənqid olunub.
Xatırladaq ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq, 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev bir neçə dəfə məsuliyyətə cəlb edilib, sonuncu dəfə isə S.Mirzəyev 30 sutka inzibati qaydada həbs olunub.