Adanada 4,5 maqnitudalı zəlzələ olub
29 Mart 2023 18:40 | Baxış sayı: 576
Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,5 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 9,38 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 20:47-də qeydə alınıb.