20 Aprel 2025
Abşeron FACİƏ: 7 yaşlı uşaq...

Abşeron FACİƏ: 7 yaşlı uşaq...

Abşeron FACİƏ: 7 yaşlı uşaq...

18 Fevral 2025 16:52 | Baxış sayı: 407

Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AJMEDİA.İNFO "Qafqazinfo"ya istinadən xəbər verir ki, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb.

Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb.

Xəstəxanaya çatdırılan uşaq vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.