20 Aprel 2025
ABŞ Yaxın Şərqdə regional müharibənin qaçılmaz olduğuna inanır

ABŞ Yaxın Şərqdə regional müharibənin qaçılmaz olduğuna inanır

ABŞ Yaxın Şərqdə regional müharibənin qaçılmaz olduğuna inanır

06 Avqust 2024 15:00 | Baxış sayı: 332

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə daha genişmiqyaslı regional müharibənin qaçılmaz olduğuna inandığını açıqlayıb.

"TRT Haber" xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən yazılı açıqlamaya görə, nazirliyin sözçüsü Sabrina Sinqh jurnalistlərin suallarını cavablandırıb.

İranın İsrailə hücumunun qaçılmaz olub-olmaması ilə bağlı sualı cavablandıran Sinq, bunu qətiliklə görmək istəmədiklərini və Yaxın Şərqdə "daha genişmiqyaslı regional müharibənin qaçılmaz olduğuna inandıqlarını" söyləyib.

Sinq həmçinin qeyd edib ki,onlar regionda gərginliyi azaltmağın ən yaxşı yolunun Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi və “amerikalı məhbusların evlərinə qaytarılması” olduğuna inanırlar.