SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir
24 Aprel 2024 11:38 | Baxış sayı: 478
İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib.
AJMEDİA.İNFO Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir yerli radiolardan birinə verdiyi müsahibəsində bu barədə danışıb.
O deyib ki, ABŞ Prezidenti Co Bayden Yerusəlim və Vaşinqton arasındakı münasibətlərə xələl gətirib. Buna görə də israilli nazir Trampı dəstəklədiyini vurğulayıb:
“ABŞ prezident seçkilərində səs vermək hüququna malik olsam, Donald Trampa üstünlük verərəm. Baydenin rəhbərliyi altında ABŞ öz gücünü əks etdirə bilməz. Bu, İsrailə və digər ölkələrə zərər verir. Bayden Hizbullah və İranla müharibəyə başlamağın tərəfdarı deyildi. Nəticəni gördük. Səsvermə hüququna malik ABŞ vətəndaşı olsam, Trampa və Respublikaçılara səs verərəm".(Sfera.az)