SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlABŞ və İsrail İranla bağlı razılığa gəldilər - BİRGƏ BƏYANAT
07 Mart 2023 09:06 | Baxış sayı: 509
ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ağ Evin yaydığı iki ölkənin birgə bəyanatında deyilir.
“Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla nəzərdən keçirdilər və İsrail ilə ABŞ arasında çoxillik təhlükəsizlik tərəfdaşlığının daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsdiq etdilər”, - deyə məlumatda bildirilir.
ABŞ Silahlı Qüvvələri ilə İsrail Müdafiə Qüvvələri arasında keçirilən son birgə təlimlərin nəticələri də müzakirə olunub. Görüş zamanı hər iki tərəf “İsrailin təhlükəsizliyini və Yaxın Şərq regionuna siyasi inteqrasiyasını daha da dərinləşdirmək üçün səylərini” nəzərdən keçirib.
Mənbə: TASS