SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlABŞ və Çin arasında hərbi əlaqələr müzakirə edilib
13 İyul 2023 04:08 | Baxış sayı: 648
ABŞ müdafiə nazirinin Hindistan və Sakit Okean regionunda təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Retner və Çinin Vaşinqtondakı səfiri Se Fen Pentaqonda ikitərəfli hərbi əlaqələr və digər məsələləri müzakirə etmək üçün görüş keçirib.
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər ABŞ və Çin arasında müdafiə sahəsində münasibətləri, eləcə də bir sıra beynəlxalq və regional təhlükəsizlik məsələlərini nəzərdən keçiriblər. Retner həmçinin nazirliyin ABŞ və Çin ordusu arasında açıq rabitə xətlərinin saxlanmasına sadiqliyini vurğulayıb.
Səfirlə nazir köməkçisi arasında görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.