20 Aprel 2025
ABŞ Ukraynaya göndərdiyi "F-16"ları raketlərlə təchiz edəcək

ABŞ Ukraynaya göndərdiyi "F-16"ları raketlərlə təchiz edəcək

ABŞ Ukraynaya göndərdiyi "F-16"ları raketlərlə təchiz edəcək

30 İyul 2024 14:00 | Baxış sayı: 378

ABŞ Ukraynaya göndərdiyi “F-16” qırıcılarını müasir “hava-hava” tipli raketlərlə təchiz etməyə razılıq verib.

APA-nın xəbərinə görə, bu barədə yazı “The Wall Street Jorunal” nəşrində dərc olunub.

Bildirilib ki, bununla yanaşı rəsmi Vaşinqton Kiyevi növləri açıqlanmayan silah-sursatlar da göndərməyi öhdəsinə götürüb.

Bu arada, Danimarka və Niderland “F-16” seriyasından olan qırıcıların ilk partiyasını bu ilin yayında göndərəcəyini açıqlayıb. Belçika və Norveç hökumətlərindən də analoji açıqlama gəlib.

Qeyd edək ki, sözü gedən ölkələrin Ukrayna ordusuna təhvil verəcəyi qırıcı təyyarələrin raketlərlə təchizatı məsələsi hələlik açıq qalır.

Teqlər:
F-16