İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlABŞ Suriyada “Hurras əd-Din” qruplaşmasının liderlərindən birini vurub
24 Avqust 2024 08:20 | Baxış sayı: 331
ABŞ hərbçiləri cümə günü Suriyada bəzi bölgələrə aviazərbələr endirərək "Hurras əd-Din" qruplaşmasının liderlərindən biri olan Əbu Abdurrahman əl-Məkkini vurduqlarını açıqlayıblar.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Bu gün CENTCOM qüvvələri "Hurras əd-Din" qruplaşmasının yüksək rütbəli liderini raket zərbələri ilə məhv edib", - deyə komandanlığın “X” səhifəsində deyilir.
CENTCOM bildirir ki, Əbu Əbdürrəhman əl-Məkki Suriyada olub və terror əməliyyatlarını oradan idarə edib.