20 Aprel 2025
ABŞ silahlı qüvvələri Yəməndə husilərin radar stansiyasına hücum edib

ABŞ silahlı qüvvələri Yəməndə husilərin radar stansiyasına hücum edib

ABŞ silahlı qüvvələri Yəməndə husilərin radar stansiyasına hücum edib

13 Yanvar 2024 13:44 | Baxış sayı: 669

Yanvarın 13-də ABŞ silahlı qüvvələri Yəməndə husilərin radar stansiyasına hücum edib.

AJMEDİA.İNFO xarici mediaya istinadla xəbər verir ki, bu barədə, ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində bildirib.

“Bu zərbə “USS Carney” təyyarədaşıyan gəmisi tərəfindən “Tomaqavk” raketlərindən istifadə etməklə konkret hərbi hədəfə qarşı həyata keçirilib və husilərin ticarət gəmiləri də daxil olmaqla dəniz gəmilərinə hücum imkanlarını azaltmaq məqsədi daşıyan 12 yanvar zərbələrinin davamı olub”, - məlumatda deyilir.

Husilərin gəmi əleyhinə ballistik raketlər, pilotsuz uçuş aparatları və qanadlı raketlərdən istifadə edərək gəmilərə hücum etdiyi də qeyd edilib.