İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlABŞ səsdən sürətli X-59-un ilk uçuşuna hazırlaşır
14 Yanvar 2024 09:55 | Baxış sayı: 620
NASA və “Lockheed Martin”in səsdən sürətli X-59 təyyarəsinin ilk uçuşu yazın sonu – yaya planlaşdırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Lockheed Martin” məlumat yayıb.
Təyyarənin təqdimatı cümə günü Kaliforniyada “Lockheed Martin” zavodunda keçirilib və NASA-nın saytında canlı yayımlanıb.
X-59-un saatda 1488 kilometr sürətə çatacağı gözlənilir, lakin dizaynı sayəsində o, səsdən sürətli uçuşla bağlı səs bumları yaratmayacaq.
Ən yeni cihaz NASA tərəfindən gələcək səsdən sürətli kommersiya uçuşları üçün yaradılır.
Yeni məhsulun sınaqları zamanı onun yaratdığı səs-küyün səviyyəsi haqqında məlumatların toplanması üçün əhalinin məskunlaşdığı ərazilər üzərində uçuşlar planlaşdırılır.