20 Aprel 2025
ABŞ Senatında Azərbaycana hərbi yardımı qadağan edən akt qəbul olundu

ABŞ Senatında Azərbaycana hərbi yardımı qadağan edən akt qəbul olundu

ABŞ Senatında Azərbaycana hərbi yardımı qadağan edən akt qəbul olundu

17 Noyabr 2023 04:55 | Baxış sayı: 721

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Konqresin yuxarı palatasının saytında məlumat yerləşdirilib.

Məlumata görə, senatorlar ABŞ Prezidentinə Azadlığa Dəstək Aktına Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişdən yan keçməyə imkan verməyən C.3000 sənədinə səs veriblər.

Layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və Ağ Evin rəhbəri tərəfindən imzalansa, ABŞ Prezidenti 907-ci düzəlişdən yan keçə bilməyəcək. Nəticə etibarilə o, 2024-2025-ci illərin büdcə ayırmalarından Azərbaycana yardım üçün maliyyə ala bilməyəcək.

Qeyd edək ki, 907 saylı düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağandır. Bu düzəliş Konqresin 2001-ci ildə verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti tərəfindən dayandırılır./Oxu.az