SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlABŞ seçkilərində Kamal Kılıçdaroğluya "səs verildi" - FOTO
06 Noyabr 2024 13:32 | Baxış sayı: 284
ABŞ-da keçirilən prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş başqanı Kamal Kılıçdaroğluna səslər verilib.
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Virciniya ştatında keçirilən seçkidə Kılıçdaroğlunun adının seçki bülleteninə yazılması sosial mediada trend mövzusuna çevrilib.
ABŞ-da prezident seçkilərində səsvermə prosesi davam edərkən sosial mediada paylaşılan bir bülleten də trend mövzusuna çevrilib.
Virciniya ştatında bir seçicinin seçki bülleteninə keçmiş CHP başqanı Kamal Kılıçdaroğlunun adını yazdığı görülüb.
Seçki bülleteni sosial mediada trend olarkən bəzi istifadəçilər “Biz irəlidəyik” və “Kamala Kılıçdaroğlu” şərhlərini yazıblar.