20 Aprel 2025
ABŞ rəhbərliyinin səriştəsizliyi nüvə müharibəsinə səbəb ola bilər

ABŞ rəhbərliyinin səriştəsizliyi nüvə müharibəsinə səbəb ola bilər

ABŞ rəhbərliyinin səriştəsizliyi nüvə müharibəsinə səbəb ola bilər

13 Aprel 2023 14:42 | Baxış sayı: 579

“Amerikanın hazırkı rəhbərliyinin səriştəsizliyi tarixin ən təhlükəli vaxtına və nüvə silahından istifadə təhlükəsinə gətirib çıxarıb”.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Tramp nüvə silahından istifadə təhlükəsinə işarə edərək deyib: “Biz tarixin ən təhlükəli dövründə yaşayırıq. İlk növbədə, bizim rəhbərliyimizdəki səriştəsiz insanlara görə”.

O, “Şimal axını”nda baş verən partlayışlara da münasibət bildirib, cinayətkarların adlarını çəkməkdən imtina edib. Eyni zamanda o, bütün bunların Üçüncü Dünya müharibəsinə gətirib çıxara biləcəyini qeyd edib və ABŞ-ın iştirakına eyham vurub.