SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlABŞ Paşinyandan Rusiyanın kommunikasiyalar üzərində nəzarətinə yol verməməyi tələb edir
22 İyun 2023 17:09 | Baxış sayı: 605
ABŞ Ermənistanın baş naziri Nikol Paşinyandan Rusiyanın Azərbaycanla Ermənistan arasında açılacaq kommunikasiyalar üzərində nəzarətinə yol verməməyi tələb edir.
Bunu Ermənistanın “İravunk” qəzeti yazıb.
Söhbət Naxçıvan-Mehri-İcəvan-Horadiz dəmiryolu xəttinin açılmasından gedir.
“Azərbaycanın Qərb rayonlarından Naxçıvana Ermənistan vasitəsilə çəkiləcək nəqliyyat kommunikasiyalarının açılması prosesi ABŞ-da geniş analiz edilir. Vaşinqtonda hesab edirlər ki, Rusiya bu yola nəzarət edərdə, bu, Cənubi Qafqaz regionunda ABŞ üçün ciddi məğlubiyyət demək olacaq”, - məqalədə bildirilib.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata (Azərbaycan, Rusiya, Ermənistan) uyğun olaraq tərəflər arasında kommunikasiyaların açılması nəzərdə tutulub.