20 Aprel 2025
ABŞ kəşfiyyatı Ermənistan, Azərbaycan və digər ölkələrdə əhalinin artımı ilə bağlı məlumatları təqdim edib

16 Avqust 2024 16:32 | Baxış sayı: 545

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) müxtəlif ölkələrdə əhalinin artım templərini müqayisə edib.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatlar doğum nisbətinin ölüm nisbəti ilə müqayisədə artması (və ya azalması) nəticəsində əhalinin sayının orta illik faiz dəyişikliklərinin və ölkəyə daxil olan və ölkədən gedən miqrantların balansının müqayisəsinə əsaslanır.

Ermənistan siyahıda 217-ci yerdədir. MKİ-nin məlumatına görə, Ermənistanda əhalinin artım tempi 0,42% azalıb.

Azərbaycan 156-cı yerdədir (artım 0,43%),

Gürcüstan – 222-ci yer (0,5% azalma),

Rusiya – 221-ci yer (0,49% azalma),

Türkiyə – 139-cu yer (0,61% artım),

İran – 104-cü yer (artım 0,88%).

Reytinqdə əhalinin artım tempinin 4,65% olduğu Cənubi Sudan başçılıq edir.

Sonrakı yerləri Niger - 3,66%, Anqola - 3,33%, Benin - 3,29% təşkil edir.