SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlABŞ İsraili Rəfah əməliyyatında dəstəkləmək İSTƏMİR
10 May 2024 07:44 | Baxış sayı: 513
Ağ Ev İsrailin Qəzza zolağında Rəfah əməliyyatına maddi dəstək vermək istəmir, lakin Fələstinin HƏMAS hərəkatı ilə mübarizə strategiyasını təkmilləşdirmək üçün İsraillə işləməyə davam edir.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
“Prezident Co Bayden CNN-ə açıq şəkildə bildirdi ki, biz belə bir əməliyyata (Rəfahda) maddi dəstək vermək istəmirik”, - deyə Jan-Pyer Baydenin San-Fransiskoya uçan təyyarəsindəki brifinqdə bildirib.